"Zamiqi iydə ağacına oxşadıram, şirindir" - Təranə

"Zamiqi iydə ağacına oxşadıram, şirindir" - Təranə
MAQAZİN
14:23 03.06.2017
4194
Prodüser Təranə Səmədova şou-biznes nümayəndələrini bitkilərə bənzədib. 

Axşam.az-ın məlumatına görə, prodüser "Lider maqazin"ə açıqlamasında deyib ki, müğənni Zamiq Hüseynovu iydə ağacına bənzədir:

"Eltonu çinar ağacına bənzədirəm. Boylu-buxunludur, ona baxanda hörmətlə yanaşırsan. Zamiqi iydə ağacına oxşadıram, şirinliyi var. Tolik isə xar tuta oxşayır. Abbas Bağırov ağ tut ağacına bənzəyir. Aygün Kazımovanı orxideyaya, Röyanı tünd qırmızı qızılgülə, Zülfiyyə Xanbabayevanı isə liliyaya oxşadıram. O da illərdir səhnəyə çıxanda diqqət çəkir. Sevda Yahyayeva isə bənövşədir. Günay İbrahimli yasəmən, Xumar Qədimova isə tülpandır. Özüm isə qərənfiləm. Hər zaman lazımlıdır, amma sonda qədri bilinmir".
OXŞAR XƏBƏRLƏR