Zamiqin adından dələduzluq edildi

Zamiqin adından dələduzluq edildi
MAQAZİN
15:50 21.07.2025
262
Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda müğənni özü məlumat verib.
 
Müğənni bildirib ki, süni intellektlə onun görüntüsündən istifadə edilərək onlayn qumar oyunları səhifələri reklam olunur:
 
"Bu gün bir çox insanlar dedi ki, süni intellekt ilə mənim görüntümdən reklamlar hazırlanıb və insanları bu yolla aldadırlar! Vicdansızlar! Siz pul qazanacaqsınız deyə millətin yuvasını dağdırsınız! Belə şeylərdən uzaq olun, ailəniz də, özünüz də yazıqsınız" deyə Zamiq bildirib.
 
Aysel

 


 

 


OXŞAR XƏBƏRLƏR