Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR

Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
MAQAZİN
11:36 15.09.2025
184
Bu gün müğənni Zamiq Hüseynov oğlu Zeyni biurinci sinifə yola salıb.
 
AZXEBER.COM xəbər veri rki, bu haqda müğənni özü məlumat verib.
 
O, ilk dərs günündə oğlu ilə fotolarını yayımlayaraq bu sözləri yazıb:
 
"Oğlum… Bu gün həyatının ən mühüm səhifələrindən biri açıldı. Balaca əllərinlə məktəbin qapısından içəri addım atdın, amma mənim üçün sən həmişə o körpə qolları ilə boynuma sarılan balaca oğlumsan. Səni seyr edərkən həm qürurlandım, həm də kövrəldim. Çünki böyüməyini izləmək mənim üçün həm sevinc, həm də göz yaşları deməkdir.

Arzum budur ki, yolun hər zaman işıqlı, qəlbin mərhəmətli, biliklərin sonsuz olsun. Unutma, oğlum, sənin arxanda hər zaman atan dayanır, bütün gücü, sevgisi və duaları ilə. Səni ürəyim qədər sevirəm. Birinci sinfin mübarək, həyatımın ən gözəl hədiyyəsi".
 
Aysel

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR