Aparıcı Nanə Ağamalıyevanın bu gün “ATV” telekanalında yayımlanan “Gün keçir” verilişindəki geyimi diqqət çəkib.Bir müddət əvvəl aparıcının verilişinə qonaq olan müğənni Zamiqin geyindiyi koftanın eynisindən Nanədə də var.
“Mən sarı rəngi çox sevirəm. Bu koftanı Zamiqdə görəndə çox bəyənmişdim. O da xaricə gedəndə eynisindən birini də mənə alıb. Bu, mənim üçün əsl sürpriz oldu” deyə aparıcı bildirib.Cütlüyün son vaxtlar tədbirlərə birgə qatılması və səmimi görüntüləri söz-söhbətlərə səbəb olub. Onlar isə bu isti münasibətin səbəbini hələ ki, gizli saxlayır. //axsam.az