Zamirə Hacıyeva Bakıda qaçırılmasından danışdı: "Üç kişi məni apardı..."

Zamirə Hacıyeva Bakıda qaçırılmasından danışdı: "Üç kişi məni apardı..."
SOSİAL
19:28 11.06.2024
256

Londonda Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakları ilə bağlı məhkəmə dinləmələri davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, Z.Hacıyeva Naytsbricdə 15 milyon funt sterlinq dəyərində evin və Berkşirdə qolf sahəsinin qanun çərçivəsində alındığını sübut etməlidir. O, məhkəmədə sözügedən əmlakların qanuni vəsaitlərlə alındığını sübut edə bilməzsə, bu aktivlər müsadirə edilə bilər.

C.Hacıyevin həyat yoldaşı Londonun Ali Məhkəməsində Bakıda olarkən necə qaçırılmasından, bu zaman harada saxlanılmasından və Londona köçməsindən danışıb.

Onun sözlərinə görə, 2005-ci ildə dəhşətli qaçırılma hadisəsi ilə üzləşməzdən əvvəl rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.

Hacıyeva qeyd edib ki, avtomobilinə çatarkən onu qaçıran şəxslər arxadan yaxınlaşıblar:

"Üç kişi məni kənarda gözləyən və sürücüsü olan avtomobilə apardı. Özümü müdafiə etmək üçün onların əllərindən çıxmağa çalışdım. Onlar məni maşının içərisinə atdılar və başıma torbaya bənzər bir şey keçirdilər. Onlar, həmçinin yola düşməzdən əvvəl qollarıma qandal da taxdılar. Mən heç nə eşitmirdim, heç nə görmürdüm. Bir müddət sonra biz dayandıq və məni bir maşından digərinə apardılar, başımda torba ilə həmin avtomobilin arxa oturacağında əyləşdirdilər. Başıma arxadan tapançaya bənzər bir şey dayamışdılar və oturmağımı, tərpənməməyimi dedilər. Dəhşət içərisində idim, bu insanların kim olduğunu və hara getdiyimizi, yoldaşım və uşaqlarımı bir daha görüb-görməyəcəyimi bilmirdim".

O əlavə edib ki, Bakıdan kənar əraziyə aparılıb, çox dar və zirzəmiyə bənzər bir məkanda saxlanılıb:

"Mən orada 28 gün keçirdim. Qapı daim bağlı olurdu və mənimlə qapıda olan lyuk vasitəsilə danışırdılar. Məkanda sanitar qovşaq da yox idi. Həmin şəxslər mənə gündə bir dəfə yemək verirdilər. Dayanmadan musiqi səslənirdi və bu, işgəncəyə bənzəyirdi. Tezliklə zaman qavramını itirdim və artıq günün hansı saatı olduğunu bilmirdim. Orada saxlanıldığım müddətdə, məni qaçıran şəxslər yoldaşımdan pul tələb etməyə çalışıblar və mənə dedilər ki, yoldaşın əməkdaşlıq etməsə, səni öldürəcəyik".

Hacıyeva bildirib ki, onun əsarətinə Azərbaycan Milli Təhlüksizlik Nazirliyinin həyata keçirdiyi silahlı əməliyyatdan sonra son qoyulub. Qeyd olunub ki, sözügedən əməliyyat zamanı onu qaçıran şəxslərdən biri zərərsizləşdirilib.

"Düşünürəm ki, mənim qaçırılmağımda məsuliyyət daşıyan şəxslərin bəziləri Azərbaycanda yüksək vəzifədə qalırlar", - deyə o əlavə edib.

Hacıyeva iddia edib ki, onun qaçırılmağı yoldaşı Cahangir Hacıyevə qarşı iddiaların başlanğıcı olub. Onun sözlərinə görə, bu prosesin kulminasiya nöqtəsi yoldaşının Azərbaycan Beynəlxalq Bankında fırıldaqçılığa görə "yanlış mühakimə" edilməsi olub.

Xatırladaq ki, Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsi tərəfindən qaçırılmışdı. Z.Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bildirilirdi.

Hacı Məmmədov məhkəməsində qeyd edib ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona iki qətl də tapşırıb:

"Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi".

Digər ifadəsində H.Məmmədov Zamirə oğurlandıqdan altı saat sonra Cahangir Hacıyevdən bir-iki milyon avro pul almalı olduqlarını da vurğulayıb
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır