Zaporojye AES vurulacaq iddiası - Rusiya-Ukrayna bir-birini günahlandırır

Zaporojye AES vurulacaq iddiası - Rusiya-Ukrayna bir-birini günahlandırır
DÜNYA
12:56 05.07.2023
365
Avropanın ən böyük Atom Elektrik Stansiyası olan və Rusiya ilə Ukrayna arasında müharibənin ortasında qalan Zaporojye Atom Elektrik Stansiyası yenidən gündəmdədir. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından verdiyi video açıqlamada rusların nəzarətində olan AES-dəki vəziyyəti dəyərləndirib. 
 
Ukrayna prezidenti Rusiya ordusunun Zaporojye Atom Elektrik Stansiyasının bəzi enerji bloklarının damlarına partlayıcıya bənzər materiallar yerləşdirdiyini iddia edib. Dünyanı xəbərdar edən Zelenski radiasiya təhlükəsinə diqqət yetirib. 
 
Radiasiyanın bütün dünya üçün təhlükə olduğunu bildirən Zelenski AES-in radiasiya təhlükəsindən tamamilə qorunmalı olduğunu vurğulayıb.
 
Rusların yəqin ki, stansiyaya hücumu simulyasiya etmək istədiklərini iddia edən Zelenski "Bəlkə də onların başqa ssenarisi var. Amma hər halda dünya görür ki, Zaporojye AES üçün yeganə təhlükə mənbəyi Rusiyadır", - qiymətləndirməsini edib.

Rusiyanın "Rosenerqoatom” atom enerjisi şirkətinin baş menecerinin müşaviri Renat Karaçaa "Rossiya-24” televiziyasının canlı yayımında bildirib ki, Ukrayna ordusu iyulun 5-nə keçən gecə Zaporojye Atom Elektrik Stansiyasına hücuma keçəcək:

"Ukrayna silahlı qüvvələri iyulun 5-də gecə saatlarında Zaporojye Atom Elektrik Stansiyasına silahlar və pilotsuz uçuş aparatları ilə hücum etməyə çalışacaq".
 
O həmçinin iddia edib ki, "Ukrayna iyulun 3-də Cənubi Ukrayna AES-dən çıxardığı radioaktiv tullantılarla dolu döyüş sursatı təyyarədən atmağı planlaşdırır".
 
Günel
OXŞAR XƏBƏRLƏR