Tətildə olduğu otelin hovuzunda istirahət edərkən başına baca parçası düşən qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Belə ki, avqustun 24-də Antalyanın Alanya bölgəsində baş verən hadisədə tibb bacısı kimi fəaliyyət göstərən Hanım Kaya Orakcı (37 yaş) otelin hovuz kənarında dincələrkən küləyin təsirindən baca qapağının başına düşməsi nəticəsində ağır yaralanıb.
Hakkaridə Ailə Sağlamlığı Mərkəzində tibb bacısı işlədiyi öyrənilən Orakcının ölüm xəbəri həyat yoldaşını və yaxınlarını gözyaşlarına boğub. İki uşaq anası Hanım Kaya Orakcının cansız bədəni yarılma üçün morqa aparılıb.
Gənc qadının cənazəsi yaxınları tərəfindən morqdan çıxarılaraq dəfn olunmaq üçün məmləkəti Hakkariyə aparılıb.
Oksana