Zaqatalada ağır qəza - Ölən və xəsarət alan var

Zaqatalada ağır qəza - Ölən və xəsarət alan var
SOSİAL
09:50 06.07.2026
358
Zaqatalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə gecə radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "Tofaş" və BMW markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Tofaş"ın sürücüsü, 41 yaşlı Orxan Orucov və BMW-nin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Lakin xəsarətləri ağır olan O.Orucov xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR