Zaqatalada ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb, xəsarət alanlar var

Zaqatalada ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb, xəsarət alanlar var
HADİSƏ
23:16 05.07.2025
747
Zaqatalada baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.

Qeyd edək ki, yol qəzası rayonun Muğanlı kəndində baş verib. Fəryad İbrahimovun idarə etdiyi "KIA” markalı avtomobil yolun kənarında dayanan "VAZ-2106”ya çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan "VAZ-2106”-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə zamanı həmçinin "VAZ-2106”-nın sərnişini, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, "KIA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR