Zaqatalada avtomobil ağaca çırpılıb: Üç nəfər xəsarət alıb

SOSİAL
12:01 31.07.2021
212
Zaqatalada minik avtomobili ağaca çırpılıb, üç nəfər xəsarət alıb.

Hadisə Zaqatala-Qandax-Kəpənəkçi avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Faldar kənd sakini, 40 yaşlı Famil Vəli oğlu Yusifov idarə etdiyi "VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü F.Yusifov və sürücünün sərnişinləri, Faldar kənd sakinləri 54 yaşlı Rövşən Saat oğlu Osmanov və Akif Əli oğlu Rüstəmov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
 
///Apa

OXŞAR XƏBƏRLƏR