Zaqatalada cinsi azlığın konsert keçirməsinə kim icazə verib? - RƏSMİ AÇIQLAMA (VİDEO)

Zaqatalada cinsi azlığın konsert keçirməsinə kim icazə verib? - RƏSMİ AÇIQLAMA (VİDEO)
SOSİAL
12:35 23.05.2017
15139
 
 
Ötən gün sosial şəbəkələrdə Zaqatala rayon Heydər Əliyev parkında çəkilən görüntülər ciddi etirazlara səbəb olmuşdu. 

AZXEBER.COM xəbər verir ki, ki, görüntülərdə özünü Burhan adlandıran müğənni rayon mərkəzindəki Heydər Əliyev parkında konsert verib. 2016-cı ilin avqust ayında lentə alınan görüntülərdə, hərəkətləri ilə diqqət çəkən müğənni parka yığışan bir neçə vətəndaşın qarşısında konsert proqamı ilə çıxış edib.

Bəlli həqiqətdir ki, hansısa bir rayonda tədbir təşkil etmək üçün öncədən icra hakimiyyətindən icazə alınmalıdır. Bəs görəsən bu konsertin keçirilməsi üçün icra hakimiyyətində hansı məmur razılıq verib? 

AZXEBER.COM-un sualını cavablandıran Zaqatala rayon ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova mövzudan xəbərdar olduqlarını, ancaq sözügedən konsertlə bağlı icazənin onlar tərəfindən verilmədiyini bildirib:

"Hər yay rayonun mərkəzində olan parklarda konsert proqramları olur. Bu konsertləri isə Mədəniyyət və Turizm nazirliyinin yerli şöbəsi təşkil edir. Sizin bəhs etdiyini konsert proqramı ilə bağlı bizdə heç bir məlumat yoxdur. İcazəni mədəniyyət şöbəsi verib". 

Sosial şəbəkələrdə etiraza səbəb olan həmin görüntüləri bir daha təqdim edirik:



 
 
OXŞAR XƏBƏRLƏR