Zaqatalada ikimərtəbəli ev yanıb

Zaqatalada ikimərtəbəli ev yanıb
SOSİAL
18:21 11.02.2020
1716
Zaqatala rayonunun Bazar kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR