Zaqatalada kafe yanıb.
AZXEBER.COM xəbər verir ki, yanğın gecə saatlarında Zaqatala rayonu Qazangül qəsəbəsində, 1977-ci il təvəllüdlü Yüzbaşev Elman Fəxrəddin oğluna məxsus kafedə baş verib.
Yanğın yerinə Zaqatala rayon DYMH-nin texnikaları cəlb olunub.
Yanğın zamanı kafenin mətbəxinin 112 k/m sahəsi tamamilə yanıb.
Xəsarət alan olmayıb.










































