Zaqatalada kişi restoranda yeyib-içdikdən sonra qaçdı: Qadınlar evinə basqın etdilər

Zaqatalada kişi restoranda yeyib-içdikdən sonra qaçdı: Qadınlar evinə basqın etdilər
SOSİAL
09:22 19.05.2023
223
Bir neçə gün əvvəl Zaqatala rayonunun kəndlərindən birində qəribə hadisə baş verib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Zaqatala rayon sakini Z.Şıxıyeva (şərti) gecə saat 01 radələrində polisə müraciət edərək sərxoş halda olan iki qadının onun evinə gələrək səs-küy saldığını və həyat yoldaşını axtardıqlarını bildirib.

Dərhal hadisə yerinə polis əməkdaşları yollanıb. Məlum olub ki, həqiqətən 2 qadın sərxoş vəziyyətdə Z.Şıxıyevanın evinə basqın edərək insident yaradıb. Polislər həmin qadınları intizama dəvət etsələr də, onlar tabesizlik göstəriblər və bir neçə saat ərzində səs-küy salmağa, Z.Şıxıyevadan ərini oraya gətirməsini tələb etməyə davam ediblər.

Bundan sonra onlar saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə aparılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar Zaqatala sakinləri 1990-cı il təvəllüdlü R.M. və 1989-cu il təvəllüdlü Z.B.-dır. Onlar verdikləri ifadələrdə bildiriblər ki, həmin gün Emin (şərti) adlı tanışları ilə Zaqatalanın Yuxarı Tala kəndində yerləşən restoranlardan birində yeyib-içiblər. Bu zaman Emin qadınlardan restoranın hesabını vermək və siqaret almaq məqsədilə 75 manat pul alaraq kabinetdən çıxıb. Eminin qayıtmadığını görən qadınlar onu axtarmağa başlayıblar və həmin şəxsin çıxıb getdiyi məlum olub.
Bundan əsəbiləşən qadınlar soraqlaşaraq Eminin evini tapıblar və onun yaşadığı yerə yollanıblar.

Zaqatala RPŞ-də saxlanılan qadınların hər biri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Onlar daha sonra Zaqatala Rayon Məhkəməsinə göndəriliblər. Hakim Tural Həsənovun sədrliyi ilə baxılan protokollara əsasən hər iki şəxs 150 manat cərimə edilib və onların məhkəmə zalından azadlığa buraxılmasına dair qərar çıxarılıb.

BAKU.WS
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
14:02 28.07.2026
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
13:44 28.07.2026
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi