Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba öldü

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba öldü
SOSİAL
23:51 28.11.2023
311
Zaqatala şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR