Zaqatalada psixotrop dərman satan qadın saxlanıldı

Zaqatalada psixotrop dərman satan qadın saxlanıldı
SOSİAL
16:44 31.01.2019
2500
DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.  

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik "Diazepam" dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb. 

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR