Zaqatalada tanışını öldürən 71 yaşlı kişinin məhkəməsi başlayır

KRİMİNAL
19:57 14.02.2023
736
Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Elxan Xəlilovun ötən il noybarın 4-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, ibtidai istintaqla 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı tanışı Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qriqoriy Burqandinova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR