Zaqatalada YANĞIN

HADİSƏ
22:59 03.01.2024
492
Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın hadisəsi axşam saatlarında rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsi 150 kvadratmetr olan kürsülü beş otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Ətraflı

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR