Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ iyunun 5-i saat 21:29-da Zaqatala şəhərindən 15 km cənubda qeydə alınıb. Yeraltı təkan Zaqatala şəhərində və ətraf rayonlarda 4 bala qədər hiss olunub.