“Zara Azərbaycana əlində silahla gəlmir" - Əflatun Amaşov

“Zara Azərbaycana əlində silahla gəlmir" - Əflatun Amaşov
SOSİAL
19:47 26.07.2018
15178
 "Rusiyanın erməni əsilli olduğu bildirilən tanınmış müğənnisi Zaranın "Jara" festivalında iştirak üçün Bakıya gələcəyinə dair xəbərlərin sosial şəbəkələrdə müzakirəsi ilə "Xəzər" TV-də yayımlanmış məlum sujeti də izlədim və azacıq araşdırma apardım. Zara Rusiya telekanallarından birində təxminən 2-3 il əvvəl yayımlanmış müsahibəsində kürd kökənli olduğunu bildirir. Yəni Mqoyan soyadına baxmayaraq xanım kürddür və hamının da bildiyi kimi, Zara Ermənistandan Rusiyaya köç edərək orada məskunlaşmış ailədə anadan olub. Bütün həyatı da Rusiya ilə bağlıdır".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jara" festivalında iştirak edəcək müğənni Zara Mqoyanın Bakıya gəlməsi ilə bağlı etirazlara münasibət bildirərkən deyib.

Ə. Amaşov qeyd edib ki, müğənniyə qarşı olan hiddəti anlayır: "Erməni soyadını kənara qoyub, yalnız Ermənistanı vəsf edən mahnının bunun üçün əsas verə biləcəyi qənaətindəyəm. Hər bir halda təmkinli davranmağın tərəfdarıyam. Nəzərə alaq ki, əksəriyyətin erməni kimi təqdim etdiyi Zara Azərbaycana əlində silah gəlmir. Bakıda ata-babalarının məskəni olan Ermənistanı vəsf edəcək cəsarətdə də ola bilməz. Bakı heç bunun yeri də deyil".

Ə. Amaşov xatırladıb ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzvdür: "Bu təşkilatlarda Ermənistan da təmsil olunur və dəfələrlə olub ki, həmin təşkilatların xətti ilə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərə erməni nümayəndələr qatılıblar. Hətta erməni jurnalistlərin də Bakıya gəldikləri vaxtlar olub. Nə etməli idik? İmkan verməməliydik?"

Millət vəkili Avropa Oyunları zamanı da ölkəmizə erməni idmançıların gəldiyini qeyd edib: "İdmanın idman, musiqinin musiqi, müharibənin də müharibə yeri var. Biz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı faktına etiraz ediriksə, bunu səngərdə göstərməliyik. 2016-cı ilin aprel döyüşlərində göstərdiyimiz kimi. Ancaq erməni olduğu deyilən, əslində isə kürd əsilli bir müğənninin Bakıya gəlməsini sanki süngü ilə qarşılamaq zənnimcə doğru yanaşma deyil. Ən xoşagəlməz məqam isə özümüzün olan "Xəzər TV"yə yayımladığı sujetə görə hiddət yağdırmaqla əslində öz içimizdə parçalanma yaratmağımızdır. Bizə kənardan baxırlar. Yenə də bu fikirdəyəm ki, təmkinli olmalı, hər bir etirazı normal qaydada, əsaslandırılmış şəkildə bildirməliyik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik"
14:23 08.07.2025
"Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik"
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
İstismar müddəti bitmiş magistral su xətti dəyişdirilir - VİDEO
11:32 08.07.2025
İstismar müddəti bitmiş magistral su xətti dəyişdirilir - VİDEO