Zarina pərəstişkarına ərə gedir?

Zarina pərəstişkarına ərə gedir?
MAQAZİN
11:37 24.12.2025
240
Aktrisa Zarina Qurbanova evliklə bağlı açıqlama verib.
 
AZXEBER.COM xəbər verir ki, o, aldığı evlilik təkliflərindən danışıb.
 
Aktrisa bildirib ki, xarici ölkədə yaşayan pərəstişkarı ona evlilik təklifi edib:
 
"Ciddi evlilik təklifləri çox almışam. Amma məni ən çox təəccübləndirən xarici ölkədə yaşayan pərəstişkarımın etdiyi evlilik təklifi olub. O, məni çox sevirdi, jestlər edirdi. Sənətimin də vurğunu idi. Çox uzaq bir ölkədə yaşayırdı. Bir gün ona dedim ki, saat 12 də bu metronun qabağına gəl. Düşündüm ki, edə bilməyəcək. Səhər saat 12 olmamışdı mənə zəng etdi və dedi ki, artıq metronun qarşısındadır. Mənə evlilik təklif etdi, çox şeylər oldu. Amma alınmadı, bitdi, getdi".
 
Aysel
OXŞAR XƏBƏRLƏR