Bir çox filmlərdə yaddaqalan obrazlar yaradan Zarina Qurbanovanın çəkdiyi qisametrajlı "Əzmkar" filmi 1-ci yerə layiq görülüb. AZXEBER.COM xəbər verir ki,Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Addım" təşkilatının keçirdiyi müsabiqədə bir neçə musiqi, rəsm və film mükafatlanıb.
Qeyd edək ki, "Əzmkar" filmi beş gün ərzində ərsəyə gəlib. Filmdə baş rolda istedadlı aktyor Tofiq Hacıyev çəkilib.