Zaur Baxşəliyev: Dədə-babalarımın hamısı çoban olub - FOTOLAR

MAQAZİN
17:30 06.09.2014
7805
“Əlimə çubuq alıb yerə tökülən pulları necə yığırdımsa”.
Kənd toyunda iştirak edən edən məşhur aparıcı Zaur Baxşəliyev keçmiş günlərini xatırlayıb.
AZXEBER.COM Tabloid.az-a istinadən xəbər verir ki, “İnstagram” bloqund toydan fotolar paylaşan aparıcı “Dayılarımın toyu yadıma düşdü. Ortalıqdan çıxmırdıq. Əlimə çubuq alıb yerə tökülən pulları necə yığırdımsa. Qocaldıq, getdik”- qeydini yazıb.
Digər fotosuna isə aparıcı “Kənd toyunun ləzzəti başqadır. Qazan qırağında mal ətinin soyutmasını isti-isti yemədinsə day nə ləzzət” -yazıb.
Qoyunlarla şəkil çəkdirən aparıcı “Kostyum geyinməklə deyil, dədə-babalarımın hamısı çoban olub. Kök, qan çəkir adamı. Bəzənib düzənib efirə çıxmaqla deyil ki, qan çəkir. Mən bununla qürur duyuram” - deyə, o, əlavə edib.
OXŞAR XƏBƏRLƏR