Zaur Baxşəliyev məhkəməyə verildi - Fırıldaqçılığa görə

Zaur Baxşəliyev məhkəməyə verildi - Fırıldaqçılığa görə
KRİMİNAL
17:01 27.02.2016
6618

Məşhur teleaparıcı Zaur Baxşəliyev məhkəməyə verilib.

AZXEBER.COM aznews.az-a istinadən bildirir ki, İmişli rayon, Hacıalmuradlı kənd sakini Kamran Həşimov aparıcıya qarşı mənəvi təzminat iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məlumata görə, K.Həşimovun onu məhkəməyə verməsinə səbəb Z.Baxşəliyevin aparıcısı olduğu verilişlərdən birində aldadılmasıdır. Belə ki, həmin layihədə iştirak edən K.Həşimov sonda mənzil qazanıb. Z.Baxşəliyev açarı ona təqdim etsə də, sonradan mənzilin verilməsindən imtina edilib. Belə olduğu halda K.Həşimov məhkəməyə üz tutub.

Aparıcı Z.Baxşəliyevin köməkçisi Faiq Ələkbərli AzNews.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: "Bizim bundan xəbərimiz yoxdur. Siz bizə məhkəməyə verilən iddia ərizəsini təqdim edin, sonra münasibət bildirək".

Yasamal Rayon Məhkəməsi isə faktı təsdiqləyib. Hakim Rafael Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, iddiaçı Həşimov Kamran İbiş oğlu Zaur Baxşəliyevdən pul tələb edir: "Bu proses məndə idi. Amma həmin iş araşdırılıb baxılması üçün ATV kanalının nümayəndəsinin öz vəsatəti ilə aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib. Yaşlı kişidir, haradasa 80 yaşı olar. Aldadıldığını iddia edir və Zaur Baxşəliyevdən pul tələb edir".

Məlumat üçün bildirək ki, analoji hadisə ATV kanalında 2013-cü ildə də baş vermişdi. Belə ki, kanalda nümayiş olunan və qalibi SMS-səsvermə ilə müəyyənləşdirilən "Şərq ulduzu" yarışında mükafat qismində Bakı şəhərində mənzil təqdim olunmalı idi. Yarışda 14 yaşlı Ayla Şiriyeva qalib gəlmişdi. Lakin söz verilən mənzil iştirakçıya verilməmişdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir