Zaur Baxşəliyev: "Qızım, hər şeyi sənə halal edirəm" - FOTO

Zaur Baxşəliyev: "Qızım, hər şeyi sənə halal edirəm" - FOTO
MAQAZİN
12:12 04.08.2016
4324

Bu gün ATV-nin aparıcısı Zaur Baxşəliyevin qızı Dilavərin 3 yaşı tamam olur.

AZXEBER.COM atv.az-a istinadən bildirir ki,Zaur "İnstagram" səhifəsində qızının doğum gününü belə təbrik edib: "Qızım, gəldik, çıxdıq 3-cü pilləyə. Həyat nərdivanlarının pillələrini hələ ki, mənimlə qalxırsan. Bir gün, "Ata burax əlimi, özüm qalxım" deyəcəksən. Ayaq basdığın yerlər möhkəm olsun, büdrəməyəsən. Ən əsası odur ki, yıxılanda durmağı bacarasan. Atan bir gün səndən çox uzaqlarda olacaq, sən o zaman atanın səni görmək istədiyi zirvədə olacaqsan. Bu zirvə səni insanlardan ayırmasın, təklənmə! Təklik Allaha məxsusdur. İndi qolumun üstündə yatırsan, sümüyüm, ətim, qanımla xidmətindəyəm. Sən bu əziyyətləri öz balan da dərk edəcəksən. Mənim əziyətimi unutsan da olar. Nə etsən belə, hər şeyi bu həyatda sənə halal edirəm. Sənə pislik edən çox olacaq, amma sən pisliyə pisliklə cavab vermə. Bu yazdıqlarımı sən indi anlamazsan, amma zaman gələcək oxuduqca, gözlərin yaşaracaq. Qızım, bil ki, səni həyatda hər şeydən və hər kəsədən çox sevən bir kişi var - atan! Bu sevgi səni ömrümün sonuna kimi təqib edəcək. Səni sevirəm qızım, 3-cü pillən mübarək!"

OXŞAR XƏBƏRLƏR