Zaur Darabzadə “CinemaPlus”un Müşahidə Şurasının sədri təyin olundu

Zaur Darabzadə “CinemaPlus”un Müşahidə Şurasının sədri təyin olundu
SOSİAL
15:03 27.07.2020
1264
"CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbərliyində yeni təyinat olub. 

"CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabzadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Əvvəllər, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 

2018-ci ildən "CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi.
OXŞAR XƏBƏRLƏR