"Zaur Darabzadə koronavirus ilə bağlı maraqlı sosial kampaniya edib"
Çoxsaylı uğurlu layihələrin rəhbəri Zaur Darabzadə maraqlı sosial kampaniyaya start verib.
AZXEBER.COM xəbər verir ki, o dünyada geniş yayılan koronavirus pandemiyasında risk qrupunda olan yaşlılara dəstək olacaq:
"Bildiyimiz kimi, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə xüsusi karantin rejimi elan edilib və bu müddət ərzində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.
Bu səbəbdən yaşlı nəslə, əzizlərimizə dəyər vermək, cəmiyyətimizə faydalı olmaq üçün bu mətni çap edib, binanızın blokundan asa bilərsiniz.
Ətraflı məlumat üçün www.deyerver.az saytına daxil ola bilərsiniz”.
Zaur Darabzadə həmçinin DəyərVer adlı təşkilat yaradacağını da bildirib.


