Zaur Əliyev: "Bu gün qaydalara riayət edən azdır"

Zaur Əliyev: "Bu gün qaydalara riayət edən azdır"
SOSİAL
17:33 06.05.2020
697
"İlk günlərdə gün ərzində virusla əlaqəli 200-300 nümunə götürürdüksə, hazırda bu rəqəm 5 000-ə yaxındır. Bu, xəstəliyi vaxtında və tez aşkar etməyə imkan yaratmış olur".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ölkədə reanimasiyada müalicəsi davam edən koronaviruslu xəstələrin sayı 22 nəfər təşkil edir:

"12 nəfər isə süni nəfəs aparatına qoşulub. Xüsusi rejimli xəstəxanalarda aktiv koronavirus xəstələrinin müalicəsi davam edir".

Agentlik sədri qeyd edib ki, son günlərdə xəstə sayında artımı karantin rejiminin yumşaldılması ilə bağlıdır:

"Çünki əvvəl qoruyucu vasitələrə üstünlük verilsə də, bu gün qaydalara riayət edən azdır".
 
///Report
OXŞAR XƏBƏRLƏR