Zaur Əliyevə yüksək vəzifə verildi

Zaur Əliyevə yüksək vəzifə verildi
SOSİAL
19:59 07.04.2026
525
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş icraçı direktoru Zaur Əliyevə yüksək vəzifə verilib.

AZXEBER.COM "Bakıpost.az”a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
OXŞAR XƏBƏRLƏR