Zaur Mikayılov Xızı rayonunda vətəndaşlarla görüşüb

Zaur Mikayılov Xızı rayonunda vətəndaşlarla görüşüb
SOSİAL
14:57 25.07.2025
326
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. 

AZXEBER.COM xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyulun 25-də Xızı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Xızı, Siyəzən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Zaur Mikayılov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, yeni subartezian quyularının qazılması, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
14:40 08.03.2026
Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
Bəhreyn Müdafiə Nazirliyi: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
14:39 08.03.2026
Bəhreyn Müdafiə Nazirliyi: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs
14:37 08.03.2026
Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
14:13 08.03.2026
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Özünə güvənən qadınlar kişilərlə söhbətdə bu 11 ifadədən istifadə edir
14:09 08.03.2026
Özünə güvənən qadınlar kişilərlə söhbətdə bu 11 ifadədən istifadə edir
Yollarda görünüş məhdudlaşacaq
13:55 08.03.2026
Yollarda görünüş məhdudlaşacaq
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
13:27 08.03.2026
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
Nəriman Axundzadə ABŞ-yə yollanıb
13:16 08.03.2026
Nəriman Axundzadə ABŞ-yə yollanıb
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçib
13:12 08.03.2026
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçib
"Görməmişlər, aldığınız hədiyyələri nümayiş etdirməyin" - Video
12:59 08.03.2026
"Görməmişlər, aldığınız hədiyyələri nümayiş etdirməyin" - Video
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
12:53 08.03.2026
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
12:50 08.03.2026
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
12:43 08.03.2026
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
12:38 08.03.2026
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
12:30 08.03.2026
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir
12:22 08.03.2026
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir