Zaur Nəbioğluna şiddətli töhmət verilib? - ATV-dən açıqlama

Zaur Nəbioğluna şiddətli töhmət verilib? - ATV-dən açıqlama
MAQAZİN
14:53 25.02.2026
1578
Sosial şəbəkələrdə və bəzi media subyektlərində yayımlanan məlumata görə, ATV-də yayımlanan "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğluna (ATV) şiddətli töhmət verilib.
 
Eyni zamanda qeyd edilib ki, aparıcının verilişinə  çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq.
 
AZXEBER.COM mövzu ilə bağlı ATV telekanalına sorğu göndərib.
 
Telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ozal İbrahimli bildirib ki, hər hansı aparıcıya töhmət verilməsi telekanalın daxili prosedurudur: 

"Hər hansı bir əməkdaşın mükafatlandırılması və yaxud cəzalandırılması, həmçinin görülən tədbirin hansı səbəbdən olması hər bir təşkilatın daxili inzibati idarəetmə prosedurları ilə tənzimlənən məsələdir".
 
O eyni zamanda son günlər sosial şəbəkələrdə bayağı verilişlərlə bağlı tənqidlərdən sonra telekanalda hər hansı dəyişiiklik edilib-edilmədiyi sualını da cavablandırıb: 
 
"Kanalımızda veriliş formatlarının dəyişilməsi, yenilənməsi və yaxud hansısa başqa yaradıcı proseslər isə hər zaman aparılır".
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR