Zaur Rəşidov dünyasını dəyişdi - Son videosu

SOSİAL
01:28 02.06.2016
72474
Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Zaur Rəşidov dünyasını dəyişib.
AZXEBER.COM-un məlumatına görə, müalicəsi Heydər Əliyev Fondu tərəfindən qarşılanan Zaur bir neçə saat öncə Almaniyada dünyasını dəyişib. Bu haqda məlumatı mərhumun bacısı Dinarə Zəki verib.
Qeyd edək ki, 30 yaşlı Zaura “osteoblastoma” diaqnozu qoyulmuşdu. O, 2006-cı ildən bəri 5 əməliyyat keçirmiş, lakin xəstəlikdən xilas ola bilməmişdi. Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup yaradılmışdı və ardınca isə Heydər Əliyev Fondu müalicəni öz üzərinə götürmüşdü.
Mərhumun 2 övladı var. Allah rəhmət eləsin

OXŞAR XƏBƏRLƏR