Zaur sayt rəhbərlərini təhqir etdi: Bacılarına, arvadlarına sahib çıxa bilməyən insanlar ... - VİDEO

MAQAZİN
03:03 14.05.2014
8000
Teleaparıcı Zaur Baxşəliyev internet portallarında yazılan xəbərlərə görə sayt rəhbərlərini kəskin tənqid edib.
AZXEBER.COM xəbər verir ki, ATV-də yayımlanan "Öz aramızda" verilişində aparıcı Zaur onun şəxsi həyatına qarışan və bu haqda xəbər yazan saytların rəhbərlərini şantaj etməkdən də çəkinməyib:
“Bütün saytların rəhbərlərinə irad tuturam ki, insanların şəxsi həyatını müzakirə edirlər. Əgər mən o adamların nəsillərini müzakirə etsəm, onda gərək onlar başlarını qaldırıb gəzməsinlər. Çünki onlar nə qardaş kimi qardaş olublar, nə ailə başçısı kimi ailə başçısı olublar, nə oğul kimi oğul olublar. Özlərini heç yerdə təsdiqləməyən insanlar, qohumlarına, bacılarına, arvadlarına sahib çıxmayan insanlar bu gün hamı haqqında "dır-dır" danışa bilərlər. Sadəcə bilsinlər ki, mən abırıma və kəsdiyim çörəyə qısılıram.Xatırladaq ki, verilişdə teleaparıcı Lətafət Ələkbərovanın həyat yoldaşından ayrılmağı, şəxsi həyatı müzakirə olunub. Qeyd edək ki, Zaur Baxşəliyevin ATV telekanalında “Ümid var” verilişi porno görüntülər efirə verildiyinə görə bağlanmışdı 
OXŞAR XƏBƏRLƏR