Zaurun yeni verilişi biabırçılıqla başladı - FOTO

MAQAZİN
00:30 25.04.2014
24751
Tanınmış teleaparıcı Zaur Baxşəliyev ATV-də yeni layihəsi başlayıb.
AZXEBER.COM xəbər verir ki, "Ümid var" verilişi bağlanandan sonra Zaur yeni verilişə start verib. "Öz aramızda" adlanan veriliş saat 16:30-da başlayır. 
Sosial mövzuları əhatə edən verilişin ilk buraxılışında fiasko yaşanıb. Belə ki, studiyada tamaşaçı qismində olduqca az adam əyləşib. Verilişin reklamı getsə də, tamaşaçılar studiyaya gəlməyiblər. 
Bu məqam sosial şəbəkə istifadəçilərinin də gözündən yayınmayıb. Tanınmış junalist Xanlar Xoca bu hadisəni belə şərh edib: "Deyəsən "Ümid Var" verlişinin dublikatına maraq göstərən yoxdur. Studiyanın hər iki tərəfində oturacaqların yarısı boşdur. Ancaq studiyadan çəpik səsləri gur gəlir. Yəqin çəpik çalmaq lazım olanda operatorlar da qoşulur".Xatırladaq ki, Zaurun bundan öncəki verilişi efirə porno görüntülər verdiyi üçün bağlanmışdı.AZXEBER.COM həmin fotonu təqdim edir:
OXŞAR XƏBƏRLƏR