Zaxarova: Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır

SİYASƏT
17:51 16.01.2025
206
"Azərbaycan təyyarəsinin qəzaya uğraması faciəsi ilə bağlı Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə təmas qurulub".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Azərbaycanın təyyarəsinin qəzaya uğramasının Rusiya üçün də faciəvi hadisə olduğunu söyləyib: "Prezidentlərimiz iki dəfə telefon danışığı aparıblar. Xarici işlər nazirlərimiz danışıblar. Çox vacibdir ki, istintaq orqanları sıx əməkdaşlıq edir. Rusiya XİN başçısı Sergey Lavrovun illik mətbuat konfransında qeyd etdiyi kimi, baş vermiş hadisənin bütün faktlar və faktorlar nəzərə alınaraq hərtərəfli təhlili aparılır”.

Rusiya XİN sözçüsü vurğulayıb ki, qəza ilə bağlı hamıya həqiqət lazımdır: "Bizim hamımıza həqiqət lazımdır. Düşünürəm və inanıram ki, hər bir Azərbaycan vətəndaşına həqiqət lazımdır, deyə bilərəm ki, bu həqiqət heç bizim ölkəmizə də az lazım deyil. İndi bu həqiqəti axtarıb tapmaq üçün səyləri birləşdirmək vacibdir”.

Zaxarova KİV, messencerlər, sosial şəbəkələr vasitəsi ilə destruktiv məqsədlərlə istintaqın gedişatına kütləvi təsir cəhdlərinin müşahidə olunduğunu da söyləyib: "Bunlardan biri şəbəkələrdə guya Sergey Lavrov adından Azərbaycan diplomatlarına ünvanlanmış məktubdur. Biz bunu təkzib etdik. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu "feyk" pis olmayan ingilis dilində tərtib olunmuşdu. Bunun arxasında kim dayanır? Bu, kimə lazımdır? Düşünürəm ki, bu, Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərinə zərbə vurmaq istəyənlərə, o cümlədən ümumavropa aviasiya logistikasını addım-addım məhv edənlərə lazımdır”.

Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər qəzadan sağ çıxıb.
 
///apa

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb