Zaxarova: "Ciddədən yox, Moskvadan gələn səslərə qulaq asın"

Zaxarova: "Ciddədən yox, Moskvadan gələn səslərə qulaq asın"
DÜNYA
15:45 12.03.2025
190
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlara deyil, Moskvanın verdiyi xəbərlərə diqqət yetirməyə çağırıb.

Bu barədə o, keçirdiyi mətbuat konfransında bəyan edib.

"Bizim üçün əsas xəbərlər buradan (Moskvadan) gələcək. Rusiya Federasiyasının mövqeyi xaricdə hansısa razılaşmalar və ya müəyyən tərəflərin səyləri hesabına formalaşmır. Rusiya Federasiyasının mövqeyi ölkə daxilində formalaşır", - deyə Zaxarova bildirib.
 
\musavat
OXŞAR XƏBƏRLƏR