Moskva İsrail səfirini İsrail rəsmilərinin Rusiya əleyhinə açıqlamalarının qəbuledilməzliyi barədə məlumatlandırıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, İsrail rəsmilərinin Moskva əleyhinə səsləndirdiyi bəyanatları qəbuledilməz adlandırıb.
"İsrailin rəsmilərinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara gəlincə, bu, qəbuledilməzdir və bu barədə İsrailin Moskvadakı səfiri məlumatlandırılıb", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Rusiya nümayəndəsi Vasili Nebenzyanın İsrailə qarşı insan haqları və beynəlxalq hüquqla bağlı ittihamlarını "gülünc” adlandırmışdı.
O, həmçinin qeyd edib ki, Rusiya Yaxın Şərqdəki müharibədən diqqəti Ukrayna ilə müharibədən yayındırmaq üçün istifadə edir.
///Apa