Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində özündən asılı olan hər şeyi edəcək"

Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində özündən asılı olan hər şeyi edəcək"
SİYASƏT
17:01 26.12.2018
3055
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün özündən asılı olan hər şeyi edəcək.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

M.Zaxarova bildirib ki, bu məsələdə vaxt həddi qoyulmur:

"Əgər vaxt barədə danışsaq, əlbəttə ki, biz hər zaman münaqişənin tez bir vaxtda nizamlanmasının və buna yönəlmiş tədbirlərin tərəfdarı kimi çıxış etmişik. Amma dəqiq vaxt barədə danışmaq çətindir. Təəssüf ki, bu, uzanmış münaqişədir".

M.Zaxarova əlavə edib ki, Rusiya tərəfindən asılı olan bütün işlər yerinə yetiriləcək.
OXŞAR XƏBƏRLƏR