Zaxarovadan gözlənilməz “bəyanat” - Mahnı müəllifi oldu

Zaxarovadan gözlənilməz “bəyanat” - Mahnı müəllifi oldu
DÜNYA
15:24 05.09.2026
65

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova musiqiçi Maks Fadeyevlə birgə hazırladıqları yeni mahnının işıq üzü gördüyünü bildirib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, M. Zaxarova sözlərinin müəllifi olduğu mahnı ilə bağlı öz teleqram kanalında paylaşım edib. 

"İyunun 12-də - Rusiya Günündə Luşnikidə Maks Fadeyevlə birgə hazırladığımız "Vzletayem na qrozu” ("Fırtınaya doğru yüksəlirik”) mahnımızın təqdimatı oldu. Təəccüblüdür ki, mahnı efirdə cəmi bir dəfə səslənməsinə baxmayaraq, qısa zamanda sevilməyə başlandı. Festivallarda istifadə olunması üçün müraciətlər gəlirdi, ifa edib-edə bilməyəcəklərini soruşurdular. İnsanlar mahnını bir an əvvəl rəqəmsal platformalara yükləməyimizi xahiş edirdilər. Və budur, artıq təqdim olundu! Dinləyin, oxuyun, nuşcanlıqla ifa edin”, - deyə M. Zaxarova qeyd edib.

OXŞAR XƏBƏRLƏR