Zaxarovadan Navalnının ölümü ilə bağlı iddialara - Cavab

Zaxarovadan Navalnının ölümü ilə bağlı iddialara - Cavab
DÜNYA
14:37 15.02.2026
405
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Hollandiyanın Aleksey Navalnının Cənubi Amerikada zəhərli qurbağalarda tapılan ölümcül toksinlə zəhərlənərək həbsxanada öldüyü iddiasına münasibət bildirib.

Zaxarova 2024-cü ilin fevral ayında həbsxanada vəfat edən Navalnı ilə bağlı Qərb ölkələrinin birgə bəyanatını uydurma adlandırıb.

"Bütün bəyanatlar və müzakirələr Qərbin diqqətini özünün həyati problemlərindən yayındırmağa yönəlmiş uydurmalardır. Onlardan Navalnının test nəticələrini rəsmi olaraq açıqlamaları istənildikdə, Sergey Skripal haqqında sensasion hekayələr uydurdular. Eyni şey Skripal və qızının harada olduğu soruşulduqda da keçərlidir”, - deyə o əlavə edib.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR