Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Putinin Alyaskada qarşılanması haqda paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, o Qərb mediasına səslənib və Rusiyanın dünyada tək qalmadığını bildirib:
"Qərb mediası artıq 3 ildir ki, Rusiyanın təcrid olunduğunu və dünyada tək qaldığını yazır. Bu gün isə onlar Rusiya prezidentinin ABŞ-da qırmızı xalça ilə qarşılanmasına tamaşa etdilər”.