Özbək professor erməni təxribatını pisləyən bəyənatla çıxış etdi

DÜNYA
12:09 29.07.2020
1056

"Biz dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək.”

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdiyi bəyanatı Azərbaycan dilində tərcümə edərək diqqətinizə təqdim edirik.

Cari ilin 12 iyul tarixində məni də hər bi mütərəqqi insan kimi Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisələrə, regionda 30 ildir davam edən və Azərbaycan Respublikasının ərazi bütövlüyü probleminə münasibət bildirməyə məcbur etdi.

Bugün Azərbaycan üçün ən ağrılı, kəskin problem kimi gündəlikdə duran ölkənin ərazi bütövlüyü məsələsidir. Bu ölkənin tarixini dərindən bilməyən və savadsız insanlar üçün qeyri - adi olaraq belə bir sual yaranır, bu problemin səbəbi nədir?

Buna cavab olaraq bu münaqişənin əsas səbəbinin Ermənistanın Azərbaycana olan ərazi iddiası, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə əlaqəli olduğunu söyləmək lazımdır. Hamıya məlumdur ki, mərkəzdənqaçma tentensiyasını önləmək və "Sovet imperiyası"nın bütövlüyünü qorumaq üçün Sovet hakimiyyətinin idarəetmə sistemi"nin siyasi elitası ölkənin müxtəlif bölgələrində süni şəkildə alovlanmış millətlərarası qarşıdurmalar yaratmağa başladı.

Beləliklə, Sovet sisteminin elitası qondarma millətlərarası münaqişələri süni şəkildə alovlandıraraq tarixi keçmişin təcrübəsindən istifadə etdi. Keçmiş SSRİ məkanında bu bölgələrdən biri də tarixən Azərbaycan Respublikasına məxsus olan Dağlıq Qarabağ bölgəsi oldu.

Ermənistan-Azərbaycanla arasındakı Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə iki respublika arasında geniş miqyaslı qarşıdurmaya çevrilən bir münaqişənin yaranması ilə nəticələndi. Eyni zamanda qeyd etmək istəyirəm ki, xarici maraqlı qüvvələrin dəstəyi ilə erməni tərəfi dinc azərbaycanlı əhaliyə qarşı açıq təcavüzə keçdi. Nəticədə, təkcə Dağlıq Qarabağ deyil, ona yaxın bölgələrdə yaşayan Azərbaycan əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləməyə və açıq soyqırıma məruz qaldı.

Erməni tərəfinin bu cür hərəkətləri nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, tarixi Şuşa şəhəri, eləcə də Dağlıq Qarabağ ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) qanunsuz olaraq işğal edildi. Bu bir ölkənin digər qonşu ölkəyə açıq ərazi iddiası və təcavüzüdür. Erməni təcavüzkarlarının zorakılığının qurbanları Azərbaycanın 20 min günahsız dinc sakinləri oldu. Bu təcavüz nəticəsində 50 min nəfər isə əlil və 4 866 nəfər itkin düşmüş sayılır. Ermənistan tərəfindən bu cür təcavüz, qanlı hadisələrə heç bir şəkildə əsas tapıla bilməz. Üstəlik, beynəlxalq hüququn prinsiplərinə görə, mülki və dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırım, cinayətlər beynəlxalq məhkəmə qarşısında cavab veməlidirlər.

30 ildən çoxdur ki, Ermənistana təcavüz, terrorizmlə zəbt etdiyi Azərbaycana məxsus bölgələrin qaytarılması, habelə ölkənin ərazi bütövlüyünün bərpasının təmin edilməsinə dair çağırışlar, tələblər edilir.

Amma biz nə görür, nəyin şahidi oluruq. Bütün bu ədalətsizliyin, pozuntuların, cinayətin fonunda Ermənistan hər cür çağırışları qulaqardı edərək münaqişəsinin dinc yolla həllinə zidd attım atır, bu ölkənin silahlı qüvvələri tərəfindən zaman-zaman Azərbaycanın işğal edilmiş ərazilərində, habelə Ermənistan- Azərbaycan sərhədində daim yeni təcavüzlər törədilir.

Təəccüblüdür ki, bu gün bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizədən narahat olduğu bir şəraitdə, sosial-iqtisadi problemlərin həlli üçün çox sayda problem yaşandığı bir vaxtda, Ermənistan silahlı qüvvələri növbəti dəfə 12 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma törətdi. Həmişəki kimi bütün günahları Azərbaycan silahlı qüvvələrinin üzərinə qoyan Ermənistan bu cür əsassız və təxribatçı hərəkətlərini heç bir şəkildə əsaslandıra bilməz.

Mən Özbəkistanın ictimaiyyət, elm və tarixçi xadimi, bir alim kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram.

Mən Ermənistan- Azərbaycan sərhədindəki vəziyyətin bilərəkdən gərginləşməsinə, dünya birliyi tərəfindən tanınan və təcavüz nəticəsində işğal olunmuş Azərbaycan Respublikasının ərazilərinin geri qaytarılmasının məsələnin yeganə həll yolu olduğununu düşünürəm. Biz dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək.

Bir daha ədalətin gec-tez zəfər çalacağına, bir milyona yaxın bütün mülki, dinc azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılacağına, öz evlərinə, doğma obalarına qovuşacağına, sülhün regionda bərqərar olacağna inanıram. Çünki həqiqət gec də olsa daim zəfər qazanır.

Fürsətdən istifadə edərək, bu ağır günlərdə Azərbaycan xalqına baş vermiş bu hadisələrə görə başsağlığı verir və səmimi dəstəyimi və duyğularımı çatdırıram.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:41 13.08.2020

Türkiyənin Milli Müdafiə naziri: “Azərbaycanda özümüzü həqiqətən vətənimizdə hiss edirik”

21:24 13.08.2020

İlham Əliyev: "Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur"

20:59 13.08.2020

“Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - Prezident

20:46 13.08.2020

Qadın altı ayda iki dəfə COVID-19-a yoluxub

19:44 13.08.2020

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

19:30 13.08.2020

Oğlunu öldürən atanın məhkəməsi başlayır

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

X Mostbet