Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu öz işinə başladı - Daşkənddə

Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu öz işinə başladı - Daşkənddə
SOSİAL
16:49 17.10.2024
131
Azərbaycan Gənclər Fondunun dəstəyi, "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu öz işinə başlayıb.

AZXEBER.COM xəbər verir ki, forumda iştirak üçün Azərbaycandan Özbəkistana səfərə gedən layihə rəhbəri, "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan Gənclər Fondunun nümayəndələri Emil Yusifov və Zaur Osmanov, "Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri Nahib Bədəlov və Famil Məmmədov öncə ulu öndər Heydər Əliyevin Daşkənddəki abidəsini ziyarət ediblər.

Nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev ilə görüşüb. Səmimi şəraitdə keçən söhbətdə H.Quliyev forumun Azərbaycan və Özbəkistan üçün mühüm əhəmiyyətinə diqqət çəkib və forum iştirakçılarına uğurlar arzulayıb.

Sonra isə nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edib, orada Azərbaycanla bağlı mədəni fəaliyyətlərlə tanış olublar. Mərkəzin sədr əvəzi Nadir Əlimirzəyev qonaqları mədəniyyət mərkəzinin fəaliyyəti ilə tanış edib.

Daha sonra Özbəkistan Həmkarlar İttifaqında Xuseyn Elmatovun təşkilatçılığı ilə Özbəkistanın ictimaiyyət nümayəndələri və media rəhbərləri ilə forumun nümayəndə heyəti arasında geniş görüş keçirilib. Görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı media əlaqələri, ekoloji problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, forum işini Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində davam etdirəcək.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
15:39 06.08.2025
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
15:37 06.08.2025
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
15:33 06.08.2025
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
15:27 06.08.2025
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
15:24 06.08.2025
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
Lisey və gimnaziyalara seçim prosesi başladı
15:10 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başladı
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
14:52 06.08.2025
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
14:47 06.08.2025
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
14:35 06.08.2025
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
14:33 06.08.2025
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
14:24 06.08.2025
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
Tarixdə bugün - 6 avqust nə günüdür?
14:22 06.08.2025
Tarixdə bugün - 6 avqust nə günüdür?
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
14:15 06.08.2025
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı