Özbəkistan Milli Qvardiyası: "Qaraqalpaqda vəziyyət tam nəzarətdədir"

Özbəkistan Milli Qvardiyası: "Qaraqalpaqda vəziyyət tam nəzarətdədir"
DÜNYA
17:00 03.07.2022
365
Özbəkistan Milli Qvardiyası: Qaraqalpaqda vəziyyət tam nəzarətdədir
İyulun 1 və 2-də iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasında vəziyyət tam nəzarət altındadır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Milli Qvardiyasının komandanı Rüstəm Jurayev məlumat verib.

Komandan bildirib ki, Qaraqalpaq Respublikasında fövqəladə rejim dövründə ictimai asayişin və həyati təminat obyektlərinin mühafizəsi gücləndirilib, gecə saatlarında ictimai və şəxsi nəqliyyatın hərəkəti, iaşə və pərakəndə satış obyektlərinin fəaliyyəti qadağan edilib, bir ay ərzində hər hansı kütləvi tədbirlərin keçirilməsi qadağandır.
OXŞAR XƏBƏRLƏR