Özbəkistan millisi tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
AZXEBER.COM xəbər verir ki, özbəkistanlı futbolçular DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsində BƏƏ ilə səfərdə 0:0 hesablı heç-heçə ediblər.
Bununla da, Özbəkistan millisi 18 xal toplayaraq A qrupunda ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə olan (14 xal) BƏƏ komandası Özbəkistan yığmasını qabaqlamaq şansını itirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.