Özbəkistan nümayəndə heyəti Bakıda səfərdədir: İctimaiyyət nümayəndələri ilə görüş baş tutdu

Özbəkistan nümayəndə heyəti Bakıda səfərdədir: İctimaiyyət nümayəndələri ilə görüş baş tutdu
SOSİAL
14:49 21.02.2025
645
Azərbaycanda səfərdə olan Özbəkistanın Daşkənd Maliyyə İdarəetməsi və Texnologiya Universitetinin rektoru Azizxan Nadirovun və rəhbərlik etdiyi nümayəndə heyətinin "İslahatçı Gənclər” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanın ictimaiyyət nümayəndələri ilə görüşü baş tutub.

AZXEBER.COM xəbər verir ki, görüşdə "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Hacıbəy Heydərli və Aqil Ələsgər, "Azxəbər” İnformasiya Agentliyinin rəhbəri Əfsələddin Ağalarov, "Gadimovs Groups” Təhsildə İnkişaf Mərkəzinin rəhbəri Urfan Qədimov iştirak ediblər.

Tədbirdə Azərbaycan və Özbəkistan arasında bütün sahələr üzrə inkişaf etməkdə olan əlaqələr müzakirə olunub. "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxışında bildirib ki, Azərbaycanla Özbəkistanı tarixi dostluq, qardaşlıq və strateji əməkdaşlıq əlaqələri birləşdirir. Onun sözlərinə görə, bu gün sözügedən əlaqələr tarixdə bəlkə də ən yüksək pillədədir.
Qeyd olunub ki, ölkə rəhbərləri arasında olan yaxın dostluqlar dövlətlərarası münasibətlərə ciddi şəkildə təsir edir və bu münasibətlərə müsbət təsir göstərir.

Görüşdə çıxış edən Özbəkistanın Daşkənd Maliyyə İdarəetməsi və Texnologiya Universitetinin rektoru Azizxan Nadirov isə rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti və Azərbaycandakı universitetlər, habelə ayrı-ayrı dövlət qurumları ilə keçirilən görüşlər barədə məlumat verib. O, bildirib ki, hər iki ölkə arasında əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir və bu əlaqələrin təhsil sahəsində də genişlənməsinə çox böyük ehtiyac var.

Digər çıxış edən qonaqlar da Azərbaycan və Özbəkistan arasındakı dostluq və qardaşlıq əlaqələrinə diqqət çəkiblər. Vurğulanıb ki, Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində – Füzulidə Özbəkistanın məktəb inşa etməsi və onu dövlətimizə hədiyyə etməsinin çox böyük mənəvi dəyəri var. Bildirilib ki, təhsil əlaqələrinin yeni mərhələyə keçməsi hər iki ölkə arasında akademik münasibətlərin inkişafına dəstək verir. Eyni zamanda, təhsil əlaqələrinin inkişafı ilə hər iki ölkədə tələbələrin təhsil almasına fayda göstərəcək ki, bu da iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir yaradacaq.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
23:31 08.08.2025
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
23:11 08.08.2025
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
"Haber Global": "Vaşinqtonda tarixi zirvə gözlənilir"
23:06 08.08.2025
"Haber Global": "Vaşinqtonda tarixi zirvə gözlənilir"
Donald Tramp və Nikol Paşinyan arasında danışıqlar başladı
23:03 08.08.2025
Donald Tramp və Nikol Paşinyan arasında danışıqlar başladı