Özbəkistan prezidentinin inaqurasiya mərasimi keçirildi

Özbəkistan prezidentinin inaqurasiya mərasimi keçirildi
DÜNYA
13:48 06.11.2021
384
Özbəkistanın yeni seçilmiş Prezidenti Şavkat Mirziyoyev rəsmən dövlət başçısı kimi fəaliyyətə başlayıb.

İnaqurasiya mərasimi respublika parlamentinin hər iki palatasının birgə iclasında keçirilib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Zayniddin Nizamxocayev Mirziyoyevə Özbəkistan prezidentinin yeni vəsiqəsini təqdim edib. Sonra ölkənin yeni seçilmiş lideri konstitusiya və Qurana and içib.

Xatırladaq ki, Şavkat Mirziyoyev Özbəkistanda keçirilən prezident seçkilərində 80,12 % səs toplayaraq qalib gəlib.
OXŞAR XƏBƏRLƏR