Özbəkistan qaz ixracından tamamilə imtina edə bilər

Özbəkistan qaz ixracından tamamilə imtina edə bilər
DÜNYA
19:00 27.06.2022
300
Özbəkistan 2025-2026-cı illərdə qaz ixracından tamamilə imtina edə bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "Uztransqaz” ASC şirkətinin İdarə Heyətinin sədri Behzot Narmatov məlumat verib.

"Ola bilsin ki, yaxın gələcəkdə Özbəkistanda hasil edilən qazın hamısı Özbəkistanda qalsın, çünki kimya zavodları genişlənir, daxili iqtisadiyyatı dəstəkləmək lazımdır. Bəli, ixrac var idi, amma bizdə hələ də lazım olan iqtisadi dinamika yoxdur. Biz iş yerləri yaratmalıyıq. Xaricə xammal ixrac etmək və ya emal edib əlavə dəyər zəncirini yaratmaq iqtisadiyyat üçün sərfəli ola bilər? ” - deyən Narmatov ixracın dayandırılmasının 2025-2026-cı illərdə baş verə biləcəyini vurğulayıb.

Hazırda Özbəkistanda hasil edilən qazın təxminən 10 %-i Çinə ixrac edilir. Narmatovun sözlərinə görə, bu rəqəm Özbəkistanın daxili ehtiyaclarından asılı olaraq aydan aya dəyişir - onlar prioritetdir. Bir qayda olaraq, ixrac olunan qazın həcmi qışda azalır, yayda isə artır.

"Özbəkistan ərazisində fəaliyyət göstərən şirkətlər var ki, onların qarşısında müəyyən öhdəliklərimiz var. Yəni Çin və Rusiya şirkətlərinin layihələrinin iqtisadiyyatını dəstəkləmək üçün, biz onların qazının ixracını (ixrac qazının qiymətləri bir necə dəfə daxili bazardakı qiyməti üstələyir) təmin edirik. Yəni biz bütün bunları daxili bazara göndərə bilərdik, lakin biz əldə etdiyimiz razılaşmalara sadiqik”, - deyə "Uztransqaz” rəhbəri bildirib.

Qeyd edək ki, "Uztransqaz” 1992-ci ildə yaranıb. Özbəkistanın ən böyük şirkətlərindən biri hesab olunur. İldə təxminən 60 milyard kubmetr qaz hasil edilir. Bunun 10 %-dən az hissəsi təxminən 5 milyard kubmetri ixrac olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi