Özbəkistan XİN: “Taliban”la təmasları dəstəkləyirik”

Özbəkistan XİN: “Taliban”la təmasları dəstəkləyirik”
DÜNYA
11:56 17.08.2021
484
Özbəkistan Xarici İşlər Nazirliyi Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” qruplaşması ilə təmaslar barədə məlumat yayıb.

Məlumatda Özbəkistan hakimiyyətinin sərhədlərin mühafizəsi və sərhədyanı bölgələrdə sabitliyin qorunması üçün "Taliban”la sıx təmasları dəstəklədiyi ifadə olunub.

Bildirilib ki, Özbəkistanın Kabil və Məzari-Şərif şəhərlərindəki diplomatik missiyaları fəaliyyətini davam etdirir.

Həmçinin sərhədlərin pozulması ilə bağlı istənilən addıma qarşı Özbəkistan qanunvericiliyinə uyğun tədbirlər görüləcəyi qeyd olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR