Özbəkistana səfir təyin edilən Rəşad Məmmədov kimdir?

Özbəkistana səfir təyin edilən Rəşad Məmmədov kimdir?
SİYASƏT
14:08 24.07.2026
1314
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AZXEBER.COM Rəşad Məmmədov haqqında məlumatı təqdim edir:

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 2002–2004-cü illərdə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020-ci illərdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

1990–1992-ci illərdə Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb. 1992–1994-ci illərdə Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi batalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib. 1995-1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub. 1996–2000-ci illərdə Bakı Hərbi Prokurorunun köməkçisi vəzifəsində çalışıb, 2000–2001-ci illərdə Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe, 2001–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib, 2006–2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri, 2008–2010-ci ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib. 2010-cu ildə Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib. 2010–2015-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub. 2015-2021-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri olub. 2021-2026-cı illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri olub

Ailəlidir, 3 övladı var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı